reklam
Azərbaycanlı futbolçular meydana çıxdı, komandaları qalib gəldi
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçular meydana çıxdı, komandaları qalib gəldi


Futbol üzrə Latviya çempionatında 10-cu turun oyunları keçirilib. 

Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Metta” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. 

Azərbaycanlı futbolçulardan ikisi – Vüqarla Tural da bu matçın iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıblar. 

Əsgərov sonadək oynadığı halda, Bayramlı 43-cü dəqiqədə əvəzlənib. Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib. 

Bu mövsüm vurduğu 5 qolla Latviya çempionatının bombardiri olan Əsgərov bu dəfə də fərqlənə bilməyib. 

“Dauqavpils” hazırda 13 xalla 9 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Əsgərovun komandası qalib gəldi
Bayramlı oynadı, "Dauqavpils" məğlub oldu
Azərbaycanlı futbolçunun komandası 15 qol vurdu
Əsgərov fərqlənə bilmədi, komandası məğlub oldu
Əsgərovun komandası xal itirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər