reklam
“Sabah” “Zirə”yə, “Neftçi” “Şəfa”ya qarşı -
Sportfm.az xəbər saytı

“Sabah” “Zirə”yə, “Neftçi” “Şəfa”ya qarşı -Premyer Liqa


Misli Premyer Liqasında 4-cü tur davam edir.

Sportfm.az xəbər verir ki, bu gün turun daha iki görüşü keçiriləcək.

Günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda Rəşad Sadıqovun komandası 9 xalla birinci, “Sabah” isə 6 xalla dördüncü yerdədir. Lakin Valdas Dambrauskasın komandası rəqibi ilə müqayisədə bir oyun az keçirib.

Digər matçda isə “Neftçi” doğma divarlar arasında “Şəfa”nı sınağa çəkəcək. 3 turdan sonra “ağ-qaralar” 6 xalla ikinci, “Şəfa” isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

Misli Premyer Liqası

IV tur

5 sentyabr (şənbə)

18:30. “Sabah” - “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Bank Respublika Arena”

20:30. “Neftçi” - “Şəfa”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Cəmil Quliyev
“Palms Sports Arena”

6 sentyabr (bazar)

18:00. “Turan Tovuz” - “Sumqayıt”

20:15. “Qarabağ” – “Araz-Naxçıvan”

4 sentyabr (cümə)

“Qəbələ” - “İmişli” - 2:1

“Kəpəz” - “Şamaxı” - 1:4

Oxşar xəbərlər

“Sabah” – “Zirə” matçı İnqilab Məmmədova tapşırıldı
"Sabah" "Zirə"yə, "Neftçi" "Araz-Naxçıvan"a qarşı - Premyer Liqa
"Şamaxı" "Araz-Naxçıvan"a, "Neftçi" "Karvan"a qarşı - Premyer Liqa
"Kəpəz” “Araz-Naxçıvan”a, “Qarabağ” “Zirə”yə qarşı - Premyer Liqa
“Neftçi” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Sabah”a qarşı- Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər