reklam
Güləşçilərimiz Dağıstanda bir dəst medal qazandı
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Dağıstanda bir dəst medal qazandı


Dağıstanın Kaspiysk şəhərində Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnir başa çatıb.

Sportfm.az xəbər verir ki, yarışın sonuncu günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Finaladək Xox Xuqayev (Rusiya), Ömərhacı Məhəmmədov (Belarus), Tajudin Muxtarov (Rusiya) və Batırbek Tsakulova (Rusiya) qalib gələn Şərif Şərifov (92 kq) son görüşdə də sevinən tərəf olub. Həlledici qarşılaşmada Rusiyanın daha bir təmsilçisi Əlixan Cəbrayılovu 7:4 hesabı ilə məğlub edən dünya, Olimpiya və Avropa çempionumuz Dağıstanda himnimizi səsləndirib.

Gitinoməhəmməd Hacıyev (70 kq) də finaladək irəliləyib. O, növbə ilə Anzor Zakuev, Ruslan Boqatıryov və Ramazan Ramazanovu (hamısı Rusiya) üstələyib. Son görüşdə yerli idmançı Razambek Camalova uduzan G.Hacıyev gümüş medalı boynundan asıb.

Xatırladaq ki, yarışın ilk günündə Nurməhəmməd Hacıyev bürünc medal qazanıb. Beləliklə, yığmamız Memorialdan bir dəst medalla ayrılıb.

Oxşar xəbərlər

Güləşçimiz ermənini məğlub edib, qızıl medal qazandı - Xatirə turniri
Güləşçimiz Dağıstanda bürünc medal qazandı - FOTO
Yığmamız İranda 2-ci oldu
Sərbəst güləşçilərimiz İranda bürünc medal qazandı
Əli Əliyevin xatirə turnirindən 2 qızıl və 1 gümüş medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər