reklam
Millimiz mötəbər yarışa Yaponiyada hazırlaşır -
Sportfm.az xəbər saytı

Millimiz mötəbər yarışa Yaponiyada hazırlaşır -FOTO


Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə beynəlxalq "Böyük Dəbilqə" turniri və digər nüfuzlu yarışlar öncəsi Azərbaycan millisi Yaponiyada təlim-məşq toplanışında olub.

Sportfm.az xəbər verir ki, Tokioda 3 həftə davam edən məşqlərə millinin aparıcı cüdoçuları qatılıb. Onlar hər gün 2 dəfə məşq edərək baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun tapşırıqlarını yerinə yetiriblər.

Hazırlıq prosesinə Azərbaycan idmançıları ilə yanaşı, yaponiyalı cüdoçular da qatılıb.

Qeyd edək ki, Bakıda təşkil olunacaq "Böyük Dəbilqə"yə mayın 10-da start veriləcək. 3 gün davam edəcək nüfuzlu yarış Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq.

Oxşar xəbərlər

Cüdoçularımız olimpiadaya hazırlaşır - Almaniyada
Cüdoçularımız olimpiadaya Rusiyada hazırlaşır - FOTO
Cüdoçularımız yarışlara Albaniyada hazırlaşır
Azərbaycan beynəlxalq turnirdə 48 cüdoçu ilə təmsil olunacaq
Millimiz təlim-məşq toplanışına başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər