Böyük oyunda qalib müəyyənləşmədi -FOTO
Aprelin 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 36-cı turunun mərkəzi qarşılaşması keçirilib.
Sportfm.az xəbər verir ki, “Old Trafford” stadionunda baş tutan görüşdə “Mançester Yunayted” doğma azarkeşlər önündə “Çelsi” komandasını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Oyunda hesabı meydan sahibləri erkən qolla açıb. Matçın 11-ci dəqiqəsində Xuan Mata adını tabloya yazdırıb. Birinci hissənin başa çatmasına iki dəqiqə qalmış Markos Alonso hesabı bərabərləşdirib.
Fasilədən sonra hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Bu heç-heçədən sonra xallarının sayını 68-ə çatdıran “Çelsi” dördüncü yerdə, “Mançester Yunayted” isə 65 xalla 6-ci yerdə qərarlaşıb.
Oxşar xəbərlər
“Mançester Siti” çempionluğa bir addım da yaxınlaşdı - VİDEO
London dərbisində 6 qol
Mançester derbisində "şəhərlilər" qalib gəldi
“Barselona” uddu, “Real” isə...
"Arsenal" məğlub oldu, "Çelsi" qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası