reklam
Mançester derbisində
Sportfm.az xəbər saytı

Mançester derbisində "şəhərlilər" qalib gəldi


Noyabrın 11-də İngiltərə Premyer Liqasının 12-ci turuna yekun vurulub.

Sportfm.az xəbər verir ki, turun sonuncu oyunu “Mançester Siti” ilə “Mançester Yunayted” klubları arasında olub. “Etihad” stadionunda keçirilən oyunda hesabı meydan sahibləri açıb. Bernardo Silvanin cinah ötürməsini David Silva qüvvətli zərbə ilə tamamlayıb - 1:0. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra Pep Qvardiolanın yetirmələri iki dəfə fərqlənib. Serxio Aquera və İlkay Gündoğan fərqlənib, “qırmızı şeytan”ların yalnız təsəlli qola gücü çatıb. Antoni Marsial adını tabloya yazdırıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

Böyük oyunda qalib müəyyənləşmədi - FOTO
"Mançester Siti" təqibi davam etdirir
London dərbisində 6 qol
"Mançester Siti" "Nyukasl"ı məğlub etdi
“Barselona” uddu, “Real” isə...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər