"Arsenal" məğlub oldu, "Çelsi" qalib gəldi
İngiltərə Premyer Liqasının 11-ci turunda çempionatın lideri “Mançester Siti” ən yaxın izləyicisi “Mançester Yunayted”in məğlubiyyətindən sonra aradakı xal fərqinin 8-ə çatdırılmasına nail olub.
Sportfm.az xəbər verir ki, şəhərlilər doğma meydanda “Arsenal”ı 3:1 hesabı ilə məğlubiyyətə uğradaraq xallarının sayını 31-ə çatdırıblar. Ev sahiblərinin heyətində Kevin de Brüyn (19), Serxio Aqüero (50) və Qabriel Xesus (74) fərqləniblər. Topçuların təsəlli qolunu isə 65-ci dəqiqədə Lakazet vurub. “Arsenal” isə 19 xalla altıncı pilləyə yuvarlanıb.
Premyer Liqada ikinci sırada mübarizəni davam etdirən “Mançester Yunayted” isə səfərdə “Çelsi”yə minimal hesabla məğlub olaraq liderlik mübarizəsində ciddi zərbə alıb. Oyunda yeganə qolu matçın 55-ci dəqiqəsində Alvaro Morata “Qırmızı şeytanlar”ın qapısından keçirib. Çempionatda ardıcıl üçüncü qələbəsini qazanan “Çelsi” 22 xalla dördüncü pillədə qərarlaşıb. “Mançester Yunayted” isə məğlub olmasına baxmayaraq, 23 xalla ikinci sıradakı mövqeyini qoruyub.
Çempionluq uğrunda mübarizəsi aparan “Tottenhem” isə 11-ci turda ev oyununda “Kristal Palas”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradaraq xallarının sayını 23-ə çatdırıb. “Tottenhem” klubu “Mançester Yunayted” ilə eyni xala malik olsa da, top fərqinə görə üçüncü pillədədir.
Ötən gün səfərdə “Uest Hem” üzərində 4:1 hesabı ilə qələbə qazanan “Liverpul” isə 19 xalla beşinci sıraya yüksəlib.
Oxşar xəbərlər
"Arsenal" və MY yarımfinalda
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
Premyer Liqada Rəhim şousu - VİDEO
“Mançester Siti” son 63 ildə ilk dəfə
"Yuventus" xal fərqinin böyüməsinə imkan vermədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası