Alfa Liqanın qalibi məlum oldu -FOTO
Minifutbol üzrə Alfa Liqanın qalibi məlum olub.
Sportfm.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılğı ilə ikinci dəfə keçirilən turnirin qızıl medallarını "Uğur" komandası qazanıb.
Futzal üzrə FİFA referisi Yusif Nurullayevin idarə etdiyi final matçında "Marafon"la üz-üzə gələn Fuad Rzayevin rəhbərlik etdiyi komanda penaltilər seriyasında daha dəqiq olub 5:4.
Əsas vaxtı 0:0 bərabərə bitən qarşılaşma zamanı meydandakı futbolçular bir çox qol epizodlarından yararlana bilməyib. Yüksək sürətdə və gərgin mübarizə şəraitində keçən oyun zamanı cəmi 1 sarı vərəqə göstərilib. Hakiminn final fitindən sonra Alfa Liqanınn mükafatlandırma mərasimi baş tutub. Mövsümün bombardiri olan Orxan Səfiyaroğlu(Uğur), assintenti Mirhüseyn Seyidov(Uğur) və ən yaxşı qapıçısı Ramil Həsənzadəyə(Marafon) AMF tərəfindən xüsusi mükafatlar təqdim edilib. Daha sonra "Uğur" komandasına qızıl medallar verildikdən sonra, kapitan Renat Sultanov Alfa Liqanın kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, Alfa Liqanın qalibi sentyabr ayında İtaliyada keçiriləcək Çempionlar Liqasında ölkəmizi təmsil edəcək.
Oxşar xəbərlər
"Uğur" və "Marafon" xal itirdi, "Zirə" qələbə qazandı
Çempion məğlub oldu, debütant qələbə qazandı: Alfa Liqa başladı
Alfa Liqaya yekun vuruldu, Rəcəb Fərəczadə məşqçi kimi ilk kubokunu qazandı
Minifutbol üzrə Alfa Liqanın püşkü atıldı - FOTOLAR
Yeni Azərbaycan milli komandası formalaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası