reklam
Çempion məğlub oldu, debütant qələbə qazandı:
Sportfm.az xəbər saytı

Çempion məğlub oldu, debütant qələbə qazandı:Alfa Liqa başladı


Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə həvəskarlar arasında keçirilən mini futbol üzrə Alfa Liqanın 2018/19-cu il mövsümünə start verilib. 

Sportfm.az xəbər verir ki, "Champion Sports", "Azergold", "Marafon" və "Altay"ın debüt etdiyi Alfa Liqanın ilk turunda maraqlı görüşlər baş tutub. Bir çox tanınmış futzalçı və futbolçunun çıxış etdiyi turnirə ötən mövsümün çempionu "Peçat Dönər" məğlubiyyətlə başlayıb. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda "Uğur" önündə gücsüz qalıb 4-3. Heyətində Renat Sultanov, Seymur Məmmədov və İlkin Hacıyev kimi təcrübəli oyunçuların yer aldığı "Marafon" "Zirə"ni 3-1 hesabı ilə məğlub edib. "Çempion Sports"da ilk görüşünü 3 xalla başa vurub. "Galaxy KKM" rəqibinə 1-2 hesabı ilə yenilməkdən yaxa qurtara bilməyib. İlk turda yeganə bərabərlik "Azergold" və "Altay" arasında qeydə alınıb 1-1. 

Qeyd edək ki, ilk turun görüşləri 8 noyabr saat 20:00-da Myvideo TV-də efirə gedəcək "Alfa Liqa" verilişində müzakirə ediləcək. 

Oxşar xəbərlər

Alfa Liqanın qalibi məlum oldu - FOTO
Alfa Liqada “Marafon” kimin üçün “Uğur”lu bitəcək?
"Uğur" uğur qazana bilmədi, "Azergold" qalib gəldi
"Uğur" və "Marafon" xal itirdi, "Zirə" qələbə qazandı
"Marafon" növbəti qələbəsini qazandı, çempion 2-ci məğlubiyyətini yaşadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər