reklam
1-ci təsnifat mərhələsinə yekun vuruldu -
Sportfm.az xəbər saytı

1-ci təsnifat mərhələsinə yekun vuruldu -Azərbaycan Kuboku


Oktyabrın 7-də Azərbaycan kubokunda 2026/2027 mövsümünə start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Qaradağ Lökbatan” “Şəki”ni 12:0 hesabı ilə məğlub edib. “Şəmkir” isə evdə “Ağstafa Gəncləri”nə 1:5 hesabı ilə məğlub olub.

Dünən kubokun birinci təsnifat mərhələsində daha üç oyun keçirilib. İkinci Liqa təmsilçiləri üz-üzə gəlib. “Zəngəzur” səfərdə “Difai”ni 3:1 hesabı ilə məğlub edib. “Marafon” evdə “Dinamo”nu 3 cavabsız qolla yenib. “Kür-Araz” isə səfərdə “Şirvan” üzərində 3:1 hesablı qələbəyə sevinib.

Son oyun günündə bir matç keçirilib. “Ağdaş” komandası “Hypers”i qəbul edib. Oyun qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb. “Hypers” 2-ci təsnifat mərhələsində “Şamaxı” ilə üz-üzə gələcək.

Azərbaycan kuboku, 1-ci təsnifat mərhələsi

7 oktyabr

Qaradağ Lökbatan – Şəki 12:0
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Şəmkir – Ağstafa Gəncləri 1:5
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu

8 oktyabr

14:00. Difai – Zəngəzur 1:3
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Palms Sports Futbol Mərkəzi (4-cü meydan)

14:30. Marafon – Dinamo 3:0
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Marafon Arena”

14:30. Şirvan – Kür-Araz 1:3
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu

9 oktyabr

14:30. Ağdaş – Hypers 1:6
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağdaş şəhər stadionu

Oxşar xəbərlər

Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku
Bu gün liderlər oynayacaq - İkinci Liqa
Azərbaycan kubokunda yeni mövsüm başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər