Azərbaycan güləşçisi Avropa çempionu oldu
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportfm.az xəbər verir ki, buna səbəb 79 kq çəki dərəcəsindəki təcrübəli pəhləvanın finalda güləşəcəyi rəqibi Rusiya təmsilçisi Ahmed Hacımaqomedovun zədəli olmasıdır. Həkimlər 29 yaşlı idmançının yarımfinalda aldığı zədə üzündən həlledici görüşə çıxmasına icazə verməyiblər.
Daha əvvəl Həsənov 2010 və 2011-ci illərdə də Avropa çempionu olub.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi final görüşünə çıxacaq. Hacı Əliyev (65 kq) və Ağahüseyn Mustafayev (70 kq) müvafiq olaraq türkiyəli Selahəttin Kılıcsallayan və Mustafa Kaya ilə üz-üzə gələcək. 57 kq çəki dərəcəsindəki Mahir Əmiraslanov bürünc medal görüşündə fransalı Zuheyir Əl Orajı, 97 kq-dakı Nurməhəmməd Hacıyev isə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək.
Oxşar xəbərlər
Avropa çempionatında 4 medal şansı
Azərbaycan millisi Avropa çempionatında üçüncü oldu
Əliyev Avropa çempionu oldu
Güləşçilərimiz Avropa çempionatında mübarizəyə qoşulur
Buxarestdə güləş üzrə Avropa çempionatı start götürdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası