Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan millisi Avropa çempionatında üçüncü oldu
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.
Millimizə xalları 8 güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev hərəyə 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.
Oxşar xəbərlər
Sərbəst güləş milimiz Avropa 3-cüsü oldu - UĞUR
Yığmamız Avropa üçüncüsü oldu
Əliyev Avropa çempionu oldu
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Güləşçilərimiz Avropa çempionatında mübarizəyə qoşulur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası