reklam
Buxarestdə güləş üzrə Avropa çempionatı start götürdü
Sportfm.az xəbər saytı

Buxarestdə güləş üzrə Avropa çempionatı start götürdü


Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

Sportfm.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə başlayıblar.

Çempionatın ilk günündə ölkəmizi Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Cəbrayıl Həsənov (79 kq) və

Nurməhəmməd Hacıyev (97 kq) təmsil edirlər.

Üçqat dünya çempionumuz Hacı Əliyev belaruslu Hüseyn Şaxbanov və ermənistanlı Vazgen Tevanyanı məğlub edərək dörddəbir finala yüksəlib. Digər güləşçimiz Ağahüseyn Mustafayev dörddəbir finalda Ermənistan təmsilçisi Devid Safaryanı məğlub edib. Cəbrayıl Həsənov da çempionata qələbə ilə başlayıb. İdmançımız gürcüstanlı Nika Kentçadzedən üstün olub.

Oxşar xəbərlər

Avropa çempionatında 4 medal şansı
Azərbaycan millisi Avropa çempionatında üçüncü oldu
Əliyev Avropa çempionu oldu
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Güləşçilərimiz Avropa çempionatında mübarizəyə qoşulur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər