reklam
Bütün komandalar final şansını cavab oyununa saxladı -
Sportfm.az xəbər saytı

Bütün komandalar final şansını cavab oyununa saxladı -ALFA LİQA


Alfa Liqanın ilk yarlmfinal görüşləri baş tutub.

Sportfm.az xəbər verir ki, Liqa mərhələsini birinci pillədə başa vuran “Uğur” “Champion Sports”un müqavimətini qıra bilməyib. Nuqzar Kvirtiyanın penalti qoluna İlkin Hacıyevlə cavab verən “qartallar” cavab oyunun gərginliyini artırıb. “Marafon” isə Aleksandr Şemonayevin dublu sayəsində “Altay”ı 2:1 hesabı ilə məğlub edib. “Altay”ın yeganə qolunu Alfa Liqada debüt edən Murad Səttarlı vurub. Aprelin 14-ü baş tutacaq cavab oyunlarından sonra finalçıların kimliyinə aydınlıq gələcək.

Kənan Kərimov, “Champion Sports”: “Oyun çox gərgin və baxımlı alındı. Hər iki komandanın kifayət qədər qol imkanları oldu. Fikrimcə nəticə ədalətli oldu. Məncə cavab oyunu daha maraqlı olacaq”.

Renat Sultanov, “Uğur”: “Öncədən bilirdik ki, qarşıdakı oyunlar çətin keçəcək. Bu oyundan nəticə çıxardıq cavab oyununa daha yaxşı hazırlaşacağıq. Əsas odur ki, finala vəsiqə qazanaq. Fikrimcə nəticə oyuna görə olmadı. Qol imkanlarımızdan istifadə edə bilmədik. Görünən odurki, rəqib bizi yaxşı təhlil etmişdi. İnşallah növbəti oyunlarda imkanlarımızdan maksimum istifadə edib qələbə qazanacağıq”.

Murad Səttarlı, “Altay”: “Bilirdik ki, çətin oyun olacaq. Rəqibin heyətində çox yaxşı oyunçular yer alıb. Lakin buna rəğmən biz meydana oyunu yola verməyə yox sonacan döyüşməyə çıxmışdıq və düşünürəmki, onlardan heç də pis çıxış etmədik. Təəssüfki, əlimizə düşən qol imkanlarını reallaşdıra bilmədik. Cavab oyununda daha əzmlə mübarizə aparacağıq. Bu futboldu və burda hər şey ola bilər. Debütümə gəlincə isə deməliyəmki, minifutbolla böyük futbol arasında heç də az fərq yoxdur. Şadam ki, ilk oyunumdaca fərqləndim hansı ki, bu qol cavab oyunu üçün böyük əhəmiyyət kəsb edirdi”.

Oxşar xəbərlər

“Bizi “Ayaks” – PAOK matçı maraqlandırmır” - VİDEO
Alfa Liqada “Marafon” kimin üçün “Uğur”lu bitəcək?
Alfa Liqada finalçılar bəlli oldu
Çempion məğlub oldu, debütant qələbə qazandı: Alfa Liqa başladı
Alfa Liqada finalçıların adı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər