reklam
Alfa Liqada “Marafon” kimin üçün “Uğur”lu bitəcək?
Sportfm.az xəbər saytı

Alfa Liqada “Marafon” kimin üçün “Uğur”lu bitəcək?


Həvəskarlar arasında keçirilən minifutbol üzrə Alfa Liqanın yarımfinal mərhələsinin cavab görüşləri baş tutub.

Sportfm.az xəbər verir ki, ilk matçda minimal fərqlə (2:1) qalib gələn “Marafon” "Altay"la matçda hesabda geri düşməsinə rəğmən son dəqiqədə Asif Zeynalovun bərabərlik qolu ila adını finala yazdırdı. Hərçənd son saniyələrdə Anar Ağayevin zərbəsi dirəyə tuş gəlməsəydi, “Altay” oyunu penaltilərə daşıyacaqdı.

Digər matç da dramatikliyinə görə geri qalmadı. Hissənin sonlarına yaxın veteran futbolçumuz Rəşad Abdullayev oyunda hesabı açsa da, elə cavab hücumundaca Seyidrəzi Ağayev “status-kvo”nu bərpa etdi. Bundan ruhlanan “qartallar” ikinci hissəyə ard-arda qollarla başladı. Vüsal İsayevlə İlkin Hacıyev iki dəqiqəyə hərəyə bir qol vurmaqla rəqibə şok yaşatdılar. Əlinə düşən imkanları boşa verən “Champion Sports”un oyunun sonuna yaxın Cəmşid Məhərrəmovun ikinci sarı vərəqə alması ilə azlıqda qaldı. Lakin sonacan təslim olmayan “Champion Sports”u Rəşad Abdullayevin dublu ümidləndirsə də, hakimin final fiti onların matçı xilas etmək üdmilərini dəfn etdi.

Beləliklə aprelin 27-də Azfar-Bakcell minifutbol kompleksində baş tutacaq final qarşılaşmasında “Uğur” ilə “Marafon” qarşılaşacaq.

Oxşar xəbərlər

Alfa Liqada finalçılar bəlli oldu
Bütün komandalar final şansını cavab oyununa saxladı - ALFA LİQA
"Marafon" növbəti qələbəsini qazandı, çempion 2-ci məğlubiyyətini yaşadı
Çempion məğlub oldu, debütant qələbə qazandı: Alfa Liqa başladı
"Uğur" finala çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər