Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Valensiya" Bakıya gəlir! - İspanlar Azərbaycanda futbolçu seçəcək
İspaniyanın nəhəng klublarından biri olan "Valensiya" Bakıya səfər edəcək.
Sportfm.az xəbər verir ki, ilk dəfə olaraq "Valencia soccer academy Baku" layihəsi həyata keçiriləcək. İyun ayının 18-25-i tarixlərində məşhur klubun futbol akademiyasının məşqçiləri azərbaycanlı yeniyetmələrə məşq keçəcək. Bakıda baş tutacaq layihədə 7-16 yaş arası futbolçular iştirak edə biləcək. İspaniya klubunun PRO kateqoriyalı mütəxəssisi İvan Berlanqanın rəhbərlik edəcəyi layihədə seçilən oyunçular "Valensiya"nın aşağı yaş qrupları üzrə komandalarına cəlb ediləcək. Artıq "Valencia soccer academy Baku" layihəsinə qeydiyyat başlayıb. Ətraflı məlumat üçün: 0554297453


Oxşar xəbərlər
Fariz Nəcəfov mükafata layiq görüldü - İlin döyüşkən idman xadimi
"Valensiya" üçün çətin sınaq - La Liqa
İspaniyalılar azərbaycanlı uşaqlara səsləndi - Hazır olun! - VİDEO
"Valensiya"nın Bakıya gəlişinin detalları məlum oldu
"Barselona"dan "Valensiya"ya
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası