reklam
Sportfm.az xəbər saytı

"Valensiya"nın Bakıya gəlişinin detalları məlum oldu


Xəbər verdiyimiz kimi, İspaniyanın nəhəng klublarından olan "Valensiya"nın nümayəndələri Bakıya səfər edəcək. 

Sportfm.az saytına "Valencia soccer academy Baku" layihəsi çərçivəsində paytaxtımızda futbolçu seçəcək ispanların gəlişi ilə bağlı ətraflı detallar məlum olub. 18-25 iyun tarixlərində təşkil ediləcək məşqlər gün ərzində iki dəfə baş tutacaq. Məşqləri "Valensiya"nın futbol akademiyasının PRO kateqoriyalı məşqçiləri keçəcək. İspaniyaya aparılacaq uşaqların sayına isə məhdudiyyət qoyulmayıb. İspanların bəyəndikləri bütün istedadlı azərbaycanlı futbolçuları futbol akademiyalarına cəlb edəcəklər. Artıq may ayından etibarən qeydiyyatdan keçən bütün futbolçular "Valensiya"nın futbol akademiyasının proqramı əsasında məşqlərə start verəcəklər. Ətraflı məlumat və qeydiyyat üçün 055 429 74 53 nəmrəsinə zəng vurmanız xahiş olunur. 

Oxşar xəbərlər

İspaniya klubunda şok - Futbolçu virusa yoluxdu
"Valensiya" türk klubu ilə əməkdaşlığa başladı - FOTO
İspaniyalılar azərbaycanlı uşaqlara səsləndi - Hazır olun! - VİDEO
"Valensiya" Bakıya gəlir! - İspanlar Azərbaycanda futbolçu seçəcək
"Barselona"dan "Valensiya"ya

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər