Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız Avropa çempionatının son hazırlığına start verdi
Güləş yığmalarımız aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatının son hazırlığına start veriblər.
Sportfm.az xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı başlayıb.
Qadınlardan ibarət yığmamız isə sonuncu toplanışı Ukraynada keçir. Hazırlıq aprelin 8-dək davam edəcək. Komandamız Buxarestə də Kiyevdən yollanacaq.
Qeyd edək ki, qitə birinciliyinin reqlamentinə əsasən, aprelin 8-10-da sərbəst, 10-12-də qadın, 12-14-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Güləş yığmalarımız Avropa çempionatına hazırlaşır
Yığmamız hazırlığa başladı
Güləşçilərimiz Avropa çempionatına Göygöldə hazırlaşır
Yığmalarımız təlim-məşq toplanışına başladı
Güləş yığmalarımız Dünya çempionatına hazırlıqları davam etdirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası