reklam
Tovuz şəhər stadionu
Sportfm.az xəbər saytı

Tovuz şəhər stadionu "əl dəyişdirdi" -UEFA belə istədi


Tovuz şəhər stadionunun yeni mülkiyyətçisi məlum olub. 

Sportfm.az xəbər verir ki, «Turan»ın sabiq prezidenti Yaşar İbrahimov arenanın təsisçiliyindən öz istəyi ilə imtina edəndən sonra idman qurğusu yerli İcra Hakimiyyətinin balansına keçib. 

İK isə buranı öz növbəsində «Turan Tovuz»a uzunmüddətli icarəyə verməyə hazırlaşır. Bu dəyişiklik UEFA və FİFA-nın xətti ilə rayonda yeni futbol akademiyasının açılması prosesini sürətləndirməyə hesablanıb. 

Hər iki beynəlxalq qurum akademiyaya maliyyə vəsaiti ayırmaq üçün baza və stadionun klubun ixtiyarına verilməsini şərt olaraq irəli sürüb.  

AFFA bu məsələdə vasitəçilik missiyasını öz üzərinə götürüb, həm maddi, həm də təşkilati işlərdə «Turan»a birbaşa dəstək verir. Akademiyanın rəsmi açılışı sentyabrın 1-nə nəzərdə tutulub.(sportinfo.az)

Oxşar xəbərlər

U-16 Liqası: Mərkəzi oyun Aviasiya Akademiyasının stadionunda olacaq
U-15 Liqası: 27-ci turun təqvimi
Mərkəzi oyun "Neftçi Baza"da baş tutacaq
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-15 Liqası: 34 günlük intizar sona yetdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər