reklam
Bolqarıstan yığmasının Bakıda keçiriləcək turnir üçün heyəti açıqlandı
Sportfm.az xəbər saytı

Bolqarıstan yığmasının Bakıda keçiriləcək turnir üçün heyəti açıqlandı


Cüdo üzrə Bolqarıstan yığmasının mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində iştirak edəcək heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, Bolqarıstan yığmasının heyətində altı idmançı – beş kişi və bir qadın cüdoçu yer alıb. Kişilərin yarışında Yanislav Qerçev, Valinten Alipyev (hər ikisi 60 kq), Bojidar Temelkov (66 kq), İvaylo İvanov (81 kq), Danil Diçev (100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə bu ölkəni İvelina İlyeva (57 kq) təmsil edəcək.

“Böyük dəbilqə” turnirində Çad, Sloveniya, Macarıstan, Monteneqro, Fransa, Bolqarıstan, Kanada, Estoniya, Yunanıstan, Filippin və qaçqınların komandası artıq iştirakını təsdiqləyib.

Oxşar xəbərlər

Azərbaycan komandasının heyəti açıqlandı - Böyük Dəbilqə
Gürcüstan millisinin heyəti açıqlandı - Bakıda keçiriləcək yarış üçün
Macarıstan yığmasının Bakıya gələcək heyəti açıqlandı
Monteneqro yığmasının heyəti açıqlandı
İrlandiya yığması 3 cüdoçu ilə təmsil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər