reklam
Gürcüstan millisinin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Gürcüstan millisinin heyəti açıqlandı -Bakıda keçiriləcək yarış üçün


Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Gürcüstan komandası heyətini açıqlayıb. Bakıya gələcək yığmalar arasında ən güclü heyətlərdən biri də Gürcüstan komandası olacaq.

Sportfm.az xəbər verir ki, yarışda qonşu ölkəni yalnız kişilərdən ibarət komanda təmsil edəcək. Yığmanın heyətində 12 cüdoçu mübarizə aparacaq. Onların arasında Tokio Olimpiadasının qalibi Laşa Bekauri (90 kq), gümüş medalçıları Luxumi Çxvimiani (60 kq), Vazha Margvelaşvili (66 kq), eləcə də Laşa Havdatuaşvili (73 kq), Guram Tuşişvili (+100 kq), eləcə də, bir sıra nüfuzlu beynəlxalq yarışların qalib və mükafatçıları yer alıblar.

Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.

Qeyd edək ki, Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində indiyədək 26 ölkədən 144 cüdoçu iştirakını təsdiqləyib.

Oxşar xəbərlər

40 ölkənin cüdoçuları Bakıya gələcək - Böyük Dəbilqə
Azərbaycan komandasının heyəti açıqlandı - Böyük Dəbilqə
“Böyük dəbilqə” turnirində 17 cüdoçumuz mübarizə aparacaq - Budapeştdə
Macarıstan yığmasının Bakıya gələcək heyəti açıqlandı
Monteneqro yığmasının heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər