reklam
Budapeştdə Xocalı soyqırımına həsr olunmuş gecə keçirildi -
Sportfm.az xəbər saytı

Budapeştdə Xocalı soyqırımına həsr olunmuş gecə keçirildi -FOTO


Macarıstanın paytaxtı Budapeşt şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peşəkar boks gecəsi keçirilib.

Sportfm.az xəbər verir ki, yarış Heydər Əliyev adına Beynəlxalq Boks Komitəsi (WBCA-World Boxing Committee Aliyev) və “AKK Promotio”nun təşkilatçılığı ilə baş tutub.

2000-dən çox tamaşaçının izlədiyi və yerli telekanallarda canlı nümayiş olunan gecədə azərbaycanlı idmançı Roman Zakirov IBO və WBCA beynəlxalq kəməri uğrunda meksikalı boksçu Daniel Vega Cotanı məğlub edib.

Qalibin şərəfinə Azərbaycan bayrağı yüksəldilib və Xocalı soyqırımını əks etdirən videogörüntü nümayiş olunub.

Heydər Əliyev adına Beynəlxalq Boks Komitəsinin rəhbəri Yaşar Niftəliyev bildirib ki, belə tədbirin Avropada keçirilməsi Azərbaycan diasporunun uğurudur: “Diasporla İş üzrə Dövlət Komitəsi və sədri Fuad Muradovun son vaxtlar diaspor təşkilatları ilə sıx təması və birgə fəaliyyəti bu kimi uğurları reallaşdırıb. Bu, bizi gələcəkdə daha da yaxşı işlər görməyə ruhlandırır”.

Oxşar xəbərlər

Şahmat Festivalının açılış mərasimi keçirildi
Britaniya və ABŞ yeni təşkilat yaradır - “World Boxing”
Heydər Əliyev kubokunun vaxtı açıqlandı
“Karapapak Fight Club”-dan növbəti peşəkar boks gecəsi - FOTO
Tsurov Bakıda boks gecəsinin qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər