reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt"dan istefa xəbəri… "Başqa tutarlı səbəb yoxdu"


Premyer Liqanın son 4 turunda məğlubiyyətlə üzləşən «Sumqayıt» rəhbərliyi Ayxan Abbasovı istefaya göndərməyə hazırlaşmır.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Onun sözlərinə görə, baş məşqçiylə yolların ayrılması müzakirə mövzusu deyil: «Rəhbərlik komandanın oyun tərzindən deyil, nəticələrdən narazıdı. 

Narahatlıq üçün başqa tutarlı səbəb yoxdu. İnanırıq ki, ən qısa zamanda bu vəziyyətdən çıxacağıq. 

Ayxan müəllim «Zirə» ilə dünənki oyundan sonra futbolçuları istirahətə buraxıb, sabah məşqimiz olmalıdı. 

Yəqin ki, baş məşqçi son nəticələrlə bağlı rəhbərliklə görüşüb danışacaq. Ancaq Abbasovun hansısa futbolçuları cərimələməsi, yaxud əvəzedici heyətə göndərməsi gözlənilmir. 

Oyundan sonra özüm də onunla bu barədə söhbət etdim, ciddi cəzalara ehtiyac görmədiyini söylədi. 

Ümumiyyətlə, bizdə korandayla bağlı məsələlər baş məşqçinin səlahiyyətindədi».(sportinfo.az)

 

Oxşar xəbərlər

U-16 Liqası: "Neftçi" "bürünc"ün bir addımlığında
"Neftçi" "Qarabağ"la Lökbatanda qarşılaşacaq
"Viləş" Masallıda bərabərə qaldı
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
U-16 Liqası: 18-ci turda 3 gözlənilməz nəticə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər