Pilotların çempionluq əmsalları açıqlandı
“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb.
Sportfm.az xəbər verir ki, bukmeykerlər yarışın favoriti qismində Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemiltonla İtaliya “Ferrari”sindən Sebastyan Fetteli görürlər. Hər iki sürücünün qələbə əmsalı 2,875-dir.
“Mercedes”dən Valtteri Bottas və ya “Ferrari”dən Şarl Leklerə qoyuluş edənlər öz pullarının 4 mislini əldə edə bilərlər. 2017-ci ildə Bakıda baş tutmuş yarışda rəqiblərini qabaqlayan Daniel Rikkardonun qalibiyyət əmsalı isə həddindən artıq böyükdür – 501. Buna səbəb avstraliyalı pilotun Avstriya “Red Bull”unu nisbətən zəif bolidə sahib Fransa “Renault”una dəyişməsidir.
Ümumilikdə, 12 pilotun qələbə əmsalı 1000 olaraq təyin edilib.
Pilotların qələbə əmsalları
Lüis Hemilton (“Mercedes”) – 2,875
Sebastyan Fettel (“Ferrari”) – 2,875
Valtteri Bottas (“Mercedes”) – 4
Şarl Lekler (“Ferrari”) – 4
Maks Ferstappen (“Red Bull”) – 26
Pyer Qasli (“Red Bull”) - 101
Daniel Rikkardo (“Renault”) – 501
Niko Hülkenberq (“Renault”) – 501
Kimi Raykkonen (“Sauber”) – 1000
Kevin Maqnussen (“Haas”) – 1000
Roman Qrojan (“Haas”) – 1000
Karlos Sayns (“McLaren”) – 1000
Daniil Kvyat (“Toro Rosso”) – 1000
Aleksandr Albon (“Toro Rosso”) – 1000
Lando Norris (“McLaren”) – 1000
Serxio Peres (“Racing Point”) – 1000
Lens Stroll (“Racing Point”) – 1000
Antonio Covinatsi (“Sauber”) – 1000
Corc Rassell (“Williams”) – 1000
Robert Kubitsa (“Williams”) – 1000
Qeyd edək ki, bukmeykerlər Lüis Hemiltonu mövsümün aşkar favoriti hesab edirlər. Britaniyalı beşqat dünya çempionunun qələbə əmsalı 1,80-dir. Şarl Leklerdə bu göstərici 4,00, Sebastyan Fetteldə 4,33, Valtteri Bottasda isə 13,00 olaraq təyin olunub.
Azərbaycanda 4-cü dəfə təşkil olunacaq “Formula 1” yarışında əvvəlcə “Mercedes”in almaniyalı pilotu Niko Rosberq qalib gəlib. Ardınca isə Daniel Rikkardo və Lüis Hemilton rəqiblərini qabaqlayıb.
Oxşar xəbərlər
İdmançıların astronomik maaşları açıqlandı - SİYAHI
"Formula 1" komandalarının heyətləri bəlli olub - SİYAHI
Formula 1 Azərbaycan Qran Prisinin qalibi məlum oldu
Məşhur pilotların avtoqraf sessiyası baş tutdu - FOTO
“Formula 1” pilotlarının əmək haqları açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası