reklam
Bu əyləncə idman növü oldu -
Sportfm.az xəbər saytı

Bu əyləncə idman növü oldu -FOTO


Fransada işıqlı qılınclarla döyüş rəsmi idman növü kimi qəbul olunub. 

Sportfm.az xəbər verir ki, Fransa Qılıncoynatma Federasiyası işıqlı qılınclarla döyüş növünün ciddi fiziki hazırlıq tələb etdiyi üçün bu qərarı qəbul edib. 

Hazırda ölkənin qılıncoynatma klubları xüsusi təlimatçılar və polikarbonatdan hazırlanan qılınclarla təchiz olunub. 

Həmin qılınclar zərbə zamanı səciyyəvi səslər çıxarmaqla yanaşı, işıq saçacaq. İdman növünün qaydalarına əsasən, döyüşçülər dairənin içində vuruşur. 

Başa və ya bədənə zərbə endirmək 5 xal, əllərə və ya ayağa zərbə üçün 3 xal verildiyi halda, biləyə endirilən zərbə 1 xalla qiymətləndirilir. 

15 xal toplayan, həmçinin 3 dəqiqədən sonra hesabda öndə olan idmançı qalib olur. Əgər hər iki döyüşçünün 10 xalı varsa, başa və ya bədənə vurulacaq bir zərbə qalibi müəyyənləşdirir.

 

Oxşar xəbərlər

Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirildi
MMA döyüşçüsü bir zərbə ilə rəqibi xəstəxanalıq etdi - VİDEO
Rinqdə barmağı qırıldı
Penaltilər seriyasında yenilik
Boksçunun rinqdə aldığı zərbə ölümə gətirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər