Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
40-cı heç-heçə
Azərbaycan Premyer Liqasının 17-ci turunun “Neftçi” ilə oyunundakı 0:0 hesablı heç-heçə “Zirə” üçün yubileylərlə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, “qartallar” tarixində 40-cı bərabərliyə imza atıb. Özünün 155-ci oyununa çıxan komanda 33 dəfə Premyer Liqa, 6 dəfə Birinci Divizion, 1 dəfə UEFA Avropa Liqasında meydanı heç-heçə ilə tərk edib.
Bu bərabərliklərdən 15-də qol vurulmayıb. “Neftçi” ilə görüş “Zirə”nin 15-ci qolsuz matçı olub.
Zirə İdman Kompleksinin stadionundakı görüş həm də Premyer Liqada evdəki 15-ci heç-heçədi. “Qartallar” 55-ci ev matçında 15-ci “sülh”lə kifayətlənib.
Oxşar xəbərlər
"Zirə"nin "Sumqayıt"la 21-ci oyunu - Premyer Liqa
100-cü oyunda 50-ci qələbə
"Zirə" - "Neftçi": 15-ci duel
"Zirə"nin stadion həsrəti bitir - 266 gün sonra
“Zirə”nin 75-ci səfəri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası