“Zirə”nin 75-ci səfəri
“Zirə” tarixində 75-ci səfər oyununu keçirib.
Sportfm.az xəbər verir ki, “Neftçi” ilə Azərbaycan Premyer Liqasının 11-ci turunun 8-ci km stadionundakı qarşılaşması “qartallar”ın bütün turnirlərdə keçirdiyi yubiley oyunu olub. ”Zirə” Premyer Liqada 52, 1-ci divizionda 15, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 dəfə rəqib meydanına çıxıb.
“Neftçi” ilə görüşdəki 2:2 hesablı bərabərlik səfər oyunlarında əldə edilən 20-ci heç-heçə olub. Bunlardan 17-si Premyer Liqa, 3-ü 1-ci diviziona təsadüf edib.
“Zirə” rəqib meydanlarında ən çox - 4 dəfə “Neftçi” ilə "sülh bağlayıb". Ümumilikdə 11 rəqibin meydanından 1 xalla dönən “qartallar”, “Keşlə”, “Kəpəz” və “Qəbələ” ilə 3 dəfə heç-heçə edib.
Oxşar xəbərlər
“Zirə”dən 250-ci qol
"Zirə"nin 50-ci sülhü
“Zirə”nin 20-ci səfər “sülh”ü
40-cı heç-heçə
"Qartallar"ın 75-ci səfəri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası