Argentina DÇ-2030-u keçirmək üçün müraciət edəcək
Çili prezidenti Sebastyan Piyenra Argentina, Çili, Paraqvay və Uruqvayın 2030-cu ildə futbol üzrə Dünya çempionatını keçirmək üçün ortaq ərizə ilə müraciət edəcəklərini bildirib.
Sportfm.az xəbər verir ki, o, bu barədə "Twitter"də yazıb.
"Bir neçə ay əvvəl mən Argentina, Uruqvay və Paraqvay prezidentlərinə Çilini ərizəyə daxil etməyi və onu 2030-cu il üçün birgə təqdim etmək fikrini irəli sürdüm. Təklif qəbul olundu", - deyə o bildirib.
Çili prezidenti milli futbol federasiyalarının qərar qəbul etməzdən əvvəl CONMEBOL ilə məsləhətləşdirklərini bildirib. Ölkələr DÇ-nin keçirilməsi ilə ilk Dünya çempionatının 100 illiyini qeyd etmək istəyirlər.
Xatırladaq ki, bu, 2030-cu ildə Uruqvayda baş vermişdi.
Qeyd edək ki, 2026-cı ildən Dünya Kubokunda iştirak edənlərin sayı 48-ə çatacaq. Yeni formatda ilk Dünya Kuboku ABŞ-da keçiriləcək.
Oxşar xəbərlər
DÇ-2030-un səfirləri bəlli oldu
Səudiyyə Ərəbistanı dünya çempionatından vaz keçdi - DÇ-2030
Ukrayna DÇ-yə ev sahibliyinə namizəd olacaq
DÇ-2030 üçün daha 4 ölkə namizəd oldu
DÇ-2030-u keçirtməyə namizəd ölkələr məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası