reklam
Əli İsmayılov Azərbaycan yığmasının məşqçisi oldu
Sportfm.az xəbər saytı

Əli İsmayılov Azərbaycan yığmasının məşqçisi oldu


Boks üzrə gənclərdən ibarət millinin yeni baş məşqçisi Əsgər Eyvazovun köməkçiləri müəyyənləşib. 

Sportfm.az xəbər verir ki, 58 yaşlı mütəxəssisə olimpiya mükafatçısı Şahin İmranovla dünya və Avropa çempionatının bürünc medalçısı Əli İsmayılov yardımçı olacaq. 

İsmayılov sabiq baş məşqçi Vaqif Şirinovun vaxtından bu komandada olub. 

İmranov bu vəzifədə Etibar Abdullayevi əvəzləyib. Hazırda Abdullayev işini əsas yığmada baş məşqçi Vaqif Şirinovla birgə davam etdirir. 

Şahin İmranov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc, 2002 və 2006-cı il Avropa çempionatlarında gümüş medal qazanıb. 

Əli İsmayılov isə 1999-cu il dünya və 2000-ci il Avropa çempionatlarının bürünc mükafatçısıdır.

 

Oxşar xəbərlər

Boks Federasiyasında yeni təyinatlar
Azərbaycan yığmalarının yeni məşqçilər heyəti açıqlandı - SİYAHI
"Neftçi”də yeni təyinatlar - RƏSMİ
Azərbaycan millisinin baş məşqçisi dəyişdi - FOTO
Boks yığmamız Nalçikdə ikinci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər