reklam
Sportfm.az xəbər saytı

"Sabah"la "Qəbələ"nin 5-ci dueli


Bu həftə Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, “Qəbələ” mövsümün ikinci yarısında ilk səfər matçına çıxacaq. “Qırmızı-qaralar” Premyer Liqanın debütantı “Sabah”la üz-üzə gələcək. 

Bu, rəqiblərin 5-ci oyunu olacaq. Əvvəlki 4 görüşün hamısı cari mövsümə təsadüf edib. Komandalar iki dəfə Premyer Liqa, iki dəfə Azərbaycan kubokunun 1/4 finalında üz-üzə gəliblər. 

İlk matç debütantın minimal hesablı qələbəsi ilə başa çatsa da, sonrakı 3 görüşdə Sənan Qurbanovun yetirmələri qalib gəlib. 4 matçda hələlik heç-heçə qeydə alınmayıb. Məhsuldarlığın aşağı olduğu oyunlarda “Qəbələ” dörd qol vurub, ikisini buraxıb. “Sabah”la qarşılaşmaların bombardiri Ceyms Adeniyidir. O, rəqib qapısına 2 dəfə yol tapıb. 

“Sabah”ın meydanındakı qarşılaşmalarda isə eyni hesab qeydə alınır. Hər iki görüşün taleyini 1 top həll edib. Çempionatda meydan sahibləri, kubokda “Qəbələ” qalib gəlib.

Oxşar xəbərlər

"Qəbələ" - "Neftçi" - 56-cı duel
"Sabah" - "Qəbələ" - 14-cü duel
"Neftçi" - "Qəbələ": 55-ci oyun
«Sabah»la 12-ci oyun
“Qəbələ”nin “Sabah”la 7-ci dueli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər