reklam
Bakı dünyanın idman şəhərləri reytinqində irəlilədi
Sportfm.az xəbər saytı

Bakı dünyanın idman şəhərləri reytinqində irəlilədi


Bakı 2019-cu ilin 50 ən yaxşı idman şəhəri siyahısında daha iki pillə irəliləyib.

Sportfm.az xəbər verir ki, reytinq siyahısını "Burson Cohn & Wolfe" (BCW) qlobal kommunikasiya firması tərtib edib. Cədvələ əsasən, Azərbaycan paytaxtı 38-ci pillədə yer alıb. Bakı 2017-ci ildə 41-ci, 2018-ci ildə isə 40-cı pillədə olub.

Siyahıda Böyük Britaniyanın paytaxtı London yenə liderliyini qoruyub. 2028-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi ABŞ-ın Los-Anceles şəhəri 2-ci, 2024-cü il olimpiadasının təşkilatçısı Paris (Fransa) 3-cü pillədə qalıb. 2020-ci il olimpiadasına ev sahibliyi edəcək Tokio (Yaponiya) isə ötən illə müqayisədə 1 pillə irəliləyərək, 4-cü mövqedə qərarlaşıb.

Qeyd edək ki, reytinq siyahısı beynəlxalq federasiya və idman mətbuatının fikir-analizləri əsasında tərtib olunub. Bu zaman hər bir şəhərdə "idman" sözünün sosial şəbəkə, bloq və veb-saytlarda nə qədər hallanmasına diqqət yetirilib. Əvvəlki illərdə isə nəticələr seçilmiş ekspertlər qrupu və geniş ictimaiyyət arasındakı sorğuya əsaslanıb. 

Oxşar xəbərlər

Millimiz FIBA reytinqində 13 pillə irəlilədi
Qurban Qurbanov reytinqdə irəlilədi
Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəlilədi
İdman ölkələri və şəhərləri: Azərbaycan irəlilədi, Bakı gerilədi
“Qarabağ” dünya reytinqində daha 3 pillə irəlilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər