Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elnur Rusiya çempionu oldu
Azərbaycan əsilli idmançı Elnur Səmədov yüngül çəkidə peşəkarlar arasında boks üzrə Rusiya çempionu olub.
Sportfm.az xəbər verir ki, ümumrusiya boks forumu çərçivəsində təkbətək döyüş Anapada keçib.
25 yaşlı Səmədov 10 raundluq təkbətək döyüşdə Visxan Murzabəyova qalib gəlib və prezident Kuboku üzrə seçmə yarışın yarımfinalına çıxıb. Prezident Kuboku üzrə seçmə yarışda Səmədov daha bir rusiyalı Ayk Şahnazaryanla görüşəcək. Döyüş bu ilin aprelində keçiriləcək.
Səmədovun aktivində 8 qələbə (1 nokautla) və 1 məğlubiyyət var. Qeyd edək ki, Elnur Səmədov Astara rayonunun Şahağacı kəndində anadan olub.
V.Murzabəyov isə 18 qələbəyə (12 nokautla) imza atıb və 4 dəfə məğlub olub.
Oxşar xəbərlər
Səmədov fransalı rəqibini nokautla məğlub etdi - VİDEO
Zabit Səmədov Bakıda idman zalı açdı - FOTO
Zabit Səmədov nokautla qalib gəldi
Nokautla uduzan boksçu öldü
Səmədov Putinə təşəkkür etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası