Azərbaycanın Avropa çempionu azarkeşlərə müraciət etdi
Fevralın 16-da Bakıda start götürəcək batut gimnastikası və tamblinq üzrə "AGF Trophy" Dünya Kuboku ərəfəsində azərbaycanlı Avropa çempionu Mixail Malkin azarkeşlərə müraciət edib.
Sportfm.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 23 yaşlı idmançı tamaşaçı dəstəyinə ehtiyacının olduğunu bildirib.
Malkin bu dəstəkdən ruhlandığını açıqlayıb:
"Yarışdan əvvəl əhvalımı yaxşı saxlamaqdan ötrü dostlarımla görüşür, şəhərdə gəzişirik ki, başımı qatım və fikrim yalnız yarışda olmasın. Yaxşı nəticələrdən sonra uğurlarımı yaxınlarımla qeyd edirəm. Bu, məni digər yarışlara motivasiya edir. Tamaşaçı dəstəyi mənim üçün çox vacibdir. Bu dəstəkdən güc və enerji alıram. Gəlin, milli komandamıza dəstək olun".
Qeyd edək ki, 11 ildir tamblinqlə məşğul olan Mixail Malkin ötən il Avropa çempionu olaraq, ən böyük uğuruna imza atıb. 31 ölkənin qatılacağı "AGF Trophy" iki gün davam edəcək.
Oxşar xəbərlər
Malkin, Malkin, yenə də Malkin...
Gimnastımız bürünc medalı qazandı - Avropa çempionatı
Malkindən böyük uğur - Dünya Kubokunun finalına çıxdı
"İndi mən əvvəlkindən daha az hündürlüyə tullanıram" - Yeni Zelandiya gimnastı
Azərbaycan gimnastı tamblinq üzrə Avropa Çempionu oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün















Misli Premyer Liqası