reklam
Şumaxer “Ferrari” Akademiyasına daxil oldu
Sportfm.az xəbər saytı

Şumaxer “Ferrari” Akademiyasına daxil oldu


“Sky Italia”nın yaydığı məlumata görə, yeddiqat dünya çempionunun oğlu Mik Şumaxer mövsüm gedişində testlərdə iştirak etmək üçün “Ferrari” Akademiyasına daxil olub.

Sportfm.az xəbər verir ki, reqlamentə görə, testlərin keçirildiyi dörd gündən ikisində iki Qran-Pridə iştirak etmiş gənc pilot işləməlidir. “Ferrari” bu testlərə Miki dəvət etmək qərarına gəlib.

“Ferrari” də, Mik Şumaxerin meneceri Sabine Kem də pilotla müqavilənin imzalandığını rəsmi surətdə təsdiq etməkdən boyun qaçırıblar.

Ötən mövsümdə Mik Şumaxer Formula 3 çempionu olub, bu il isə Formula 2-də iştirak edəcək.

Oxşar xəbərlər

Şumaxer “Charouz Racing”i tərk etdi - Formula 3
"Formula 1"in ən nüfuzlu pilotu müəyyənləşdi
Şumaxer qəza törətdi, yol bağlandı
"Bakıda ilk dəfə yarışacağam" - Şumaxerin oğlu
Şumaxer "Formula-3"ün qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər