reklam
Sportfm.az xəbər saytı

"Formula 1"in ən nüfuzlu pilotu müəyyənləşdi


"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxer yarışın tarixində ən nüfuzlu şəxs elan olunub.

Sportfm.az xəbər verir ki, səsvermə "Formula 1"in rəsmi saytında azarkeşlər arasında keçirilib.

Sorğuda iştirak edən respondentlərin 61 faizi almaniyalı pilota səs verərək 32 namizəd arasından məhz onu seçiblər.

Qeyd edək ki, 51 yaşlı Mixael Şumaxer "Formula 1" yarışlarında İngiltərənin "Jordan", İtaliyanın "Benetton", "Ferrari" və Almaniyanın "Mercedes" komandalarında çıxış edib. 

Oxşar xəbərlər

Mixael Şumaxerin oğlu debüt etdi - "Formula 1"də
Şumaxer Rusiyada birinci oldu - İkinci qələbə
Şumaxer “Charouz Racing”i tərk etdi - Formula 3
Şumaxer qəza törətdi, yol bağlandı
Şumaxer "Formula-3"ün qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər