Ölkə çempionatını boykot edənlər Fərid Mansurovla görüşdü -Məsələ həllini tapacaqmı?
Bu gün Basketbol Federasiyasının təşkil etdiyi ölkə çempionatını boykot edən klubların nümayəndələri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.
Sportfm.az xəbər verir ki, “AzTop” komandasının kapitanı Fuad Niftəliyevin verdiyi məlumata görə, onlar nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurovla görüşüblər:
“Fərid Mansurov bizi dinlədikdən sonra növbəti görüşün keçirilməsini də təklif etdi. Qeyd etdi ki, yenidən görüş keçirilsin və budəfəki görüşdə federasiyanın vitse-prezidenti Həsənağa Rzayev də iştirak etsin. Açığı, onun iştirakından sonra narazılıqların qaydasına düşəcəyinə inamım var. O adamı o qədər də yaxından tanımasam da, Həsənağa müəllimin gəlişindən sonra nisbətən federasiyada bəzi məsələlər düzəldi”.(oxu.az)
Oxşar xəbərlər
Ukrayna dünya çempionatını boykot etdi
Fərid Mansurov yenidən güləşdə - Seçki
Fərid Mansurova yeni vəzifə verildi - Təyinat
"Zalların açılması nazirliyin icazəsi ilə deyil" - Fərid Mansurov
Boykotçular martın sonunda turnir təşkil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası