reklam
Fərid Mansurov yenidən güləşdə -
Sportfm.az xəbər saytı

Fərid Mansurov yenidən güləşdə -Seçki


Azərbaycan Güləş Federasiyasının (AGF) növbədənkənar seçki Ümumi Yığıncağı keçirilib.

Sportfm.az xəbər verir ki, federasiyasının prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak edib.

Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə (İK) yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov və Vasif Məmmədov İK-ya üzv seçilib.

Beləliklə, Azərbaycan Güləş Federasiyasının 5 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:

1. Mikayıl Cabbarov - Azərbaycan Güləş Federasiyasının prezidenti

2. Namiq Əliyev - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

3. Namiq Abdullayev - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

4. Fərid Mansurov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

5. Vasif Məmmədov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

Qeyd edək ki, İK-nın yeni üzvü Vasif Məmmədov daha öncə Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Çingiz Hüseynzadə federasiya prezidenti seçildi - Təyinat
Balakişi Qasımov federasiya prezidenti oldu
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti istefa verdi
Təhsil naziri federasiya prezidenti seçildi
Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər