reklam
Gənc cüdoçularımız Avropa çempionatına yollanır
Sportfm.az xəbər saytı

Gənc cüdoçularımız Avropa çempionatına yollanır


Sentyabrın 16-18 tarixində İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. Sportfm.az xəbər verir ki, fərdi və komanda şəkilində keçiriləcək yarışlarda cüdo üzrə Azərbaycan milli komandası da mübarizə aparacaq. Bakıda baş məşqçi Rəşad Məmmədovun başçılğı altında təlim-məşq toplanışını davam etdirən milli komandamız sentyabrın 13-də İspaniyaya yola düşəcək.

Mötəbər yarışda cüdo üzrə Azərbaycan milli komandasını Natiq Qurbanlı, Kəramət Hüseynov (hər ikisi 55 kq), Tofiq Məmmədov, Murad Heydərli (hər ikisi 60 kq), Hidayət Heydərov, Hasil Cəfərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Aslan Mirzəyev, Azər Yaqubov (hər ikisi 90 kq),  Etibar Zeynalov (100 kq), Şəfəq Həmidova (44 kq), Leyla Alıyeva (48 kq), Səkinə Zayırova və Leyla Şahin (hər ikisi 57 kq) təmsil edəcəklər.

Qeyd edək ki, 43 ölkədən 409 idmançının (225 oğlan, 184 qız) qatıldığı Avropa çempionatında milli komandamız 14 cüdoçu ilə (10 oğlan, 4 qız) mübarizə aparacaq.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayır
Azərbaycanın gənc cüdoçuları İspaniyada tarix yazdılar
İki cüdoçumuz Avropa çempionu oldu
Gənc cüdoçularımız Avropa çempionatına doğru
Cüdo yığmamız Avropa kubokuna 4 medalla başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər