Düşmən bayrağını Xocalı köçkünlərinin ayaqları altına atan idmançımız azadlığa çıxdı
10 ildir məhbəs həyatı yaşayan qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədov bir neçə gün öncə həbsdən azadlığa buraxılıb.
Sportfm.az xəbər verir ki, Azad Məmmədov əvvəlcə Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, daha sonra Şəhidlər xiyabanına baş çəkib, torpaq uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarını yad edib.
Ardınca Azad Məmmədov Bakıdan Şəkiyə piyada yürüşə çıxıb. Yürüşdə məqsəd vətənpərvərliyi və idmanı təbliğ etməkdir. Onun yanvarın 4-də yürüşü sonlandırıb Şəkiyə çatması planlaşdırılır.
Qeyd edək ki, əslən Şəkidən olan Azad Məmmədov Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunudur.
1991-ci ildə BDU-ya daxil olsa da, tələbələrə verilən möhlət hüququndan istifadə etməyərək 1992-ci ildə könüllü olaraq Qarabağ savaşında iştirak etmək üçün cəbhəyə gedib. Dəfələrlə ölumlə üz-üzə qalmasına baxmayaraq, atəşkəs rejiminə qədər qanlı döyüşlərdə iştirak edib.
Bir çox beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançı 2003 – cü ildə yarış zamanı qarşılasdigi, fiziki göstəricilərinə görə “vəhşi” adlandırılan erməni idmançını qısa müddət ərzində məğlub edib.
Həmin döyüş Xocalı faciəsinin ildönümünə təsadüf edib. İdmançılar qarşılaşmazdan əvvəl belə razılaşıblar ki, uduzan tərəf öz ölkəsinin bayrağını qarşı tərəfə təslim edəcək. Azad Məmmədov nəyin bahasına olursa olsun, bayrağımızı qorumaq üçün qətiyyətlə mübarizəyə atılıb. Bir neçə dəqiqə ərzində rəqibi üzərində qələbə çalıb və düşmən bayrağını təslim alaraq, onu Bakıya gətirib və BDU-nun yataqxanasında məskunlaşan Xocalı köçkünlərinin ayaqları altına atıb. Azad Məmmədov ailəlidir, 3 övladı var.(modern.az)
Oxşar xəbərlər
Azad Rəhimov dəfn edildi - FOTO
Şəhid atasına xüsusi mükafat təqdim edildi - AİJA tərəfindən
"Hər dəfə zəng edəndə uğurlu döyüşlərindən danışırdı" - Şəhidin anası
Cinayətkar azadlığa çıxdı, ulduz idmançılar təsəlli tapmır
Azad Rəhimov bir qrup mütəxəssisi təltif etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR














Misli Premyer Liqası