reklam
Üçüncü Avropa Oyunlarının açılış mərasimində millimizin keçidi -
Sportfm.az xəbər saytı

Üçüncü Avropa Oyunlarının açılış mərasimində millimizin keçidi -FOTO


Polşada keçirilən III Avropa Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub.
Sportfm.az xəbər verir ki, komandamızın keçidi zamanı Azərbaycan Bayrağını qılıncoynadan Barat Quliyev və kamandan oxatan Yaylagül Ramazanova daşıyıblar.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.
Üçüncü Avropa Oyunlarının açılış mərasimində millimizin keçidi -
Üçüncü Avropa Oyunlarının açılış mərasimində millimizin keçidi -

Oxşar xəbərlər

XV Yay Paralimpiya oyunlarının açılış mərasimi keçirilib
Milli komandamız 24-cü yerdədir - Avropa Oyunları
Avropa Oyunlarında Azərbaycanın ilk qızılı
III Avropa Oyunlarındakı bayraqdarlarımız - FOTO
Azərbaycan cüdoçularından böyük uğur - Avropada birinci oldular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər