reklam
Yeni zelandiyalı futbolçudan müsəlmanlara böyük dəstək -
Sportfm.az xəbər saytı

Yeni zelandiyalı futbolçudan müsəlmanlara böyük dəstək -VİDEO


Yeni Zelandiya millisinin üzvü Kosta Barbaruses örnək addım ilə yadda qalıb.

Sportfm.az xəbər verir ki, Avstraliyanın "Melburn Viktori" klubunda çıxış edən yunan əsilli futbolçu "Brisbane" ilə oyunda vurduğu qoldan sonra səcdə edərək, Yeni Zelandiyada məsciddə baş vermiş terror aktı zamanı həlak olan müsəlmanların xatirəsinə hörmətini nümayiş etdirib.

Xristian futbolçu İnstaqram səhifəsindəki paylaşımında "Bütün dualarım terror aktında həyatını itirənlər və onların sevdikləri ilə birlikdədir. Bu tariximizdə ən üzücü gündür" yazıb.

Görüşdən əvvəl terror aktı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, ötən həftə Yeni Zelandiyada iki məscidə silahla hücum edən terrorçu 51 nəfəri öldürüb, 46 nəfəri yaralayıb.

Oxşar xəbərlər

"Traktor" Azərbaycan səfirliyinə edilən hücumla bağlı paylaşım etdi - FOTO
Terrorçuların "Kamp Nou"nu partlatmaq planı ortaya çıxdı
Terror aktına yazdığı şərh onu futbolsuz qoydu
Rio-2016: Terror aktı hazırlayanlar həbs edilib
İstanbuldakı terror aktı "Kəpəz"in rəqibinə mane oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər