reklam
Sportfm.az xəbər saytı

"Vətən"in məşqçisi növbəti dəfə ən yaxşı seçildi -FOTO


“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında 2018-ci ildə yüksək nəticə qazanmış idmançıların və məşqçilərin təltif olunma mərasimi keçirilib.

Sportfm.az saytı xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən tədbirin keçirilməsində əsas məqsəd uğur qazanan insanların əməyinin qiymətləndirilməsi, gələcəkdə onların daha yüksək nəticələr əldə etmələrinə stimulun formalaşdırılmasından ibarət olub. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, məşqçi-müəllimlər, idmançılar, media nümayəndələri iştirak edib.

Ümumilikdə 2018-ci ildə müxtəlif idman növləri üzrə yüksək nəticə qazanmış 24 idmançı, uşaqların və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğində səmərəli fəaliyyət göstərən 34 məşqçi-müəllimə fəxri adlar və mükafatlar verilib. Onların arasında "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin gənc məşqçisi Samir Əbdürrəhmanov da var. Ötən il də eyni mükafata sahib çıxan mütəxəssisin çalışdırdığı “Vətən” FK-nın U-12 komandası son mövsümdə ölkə çempionu titulunu əldə edib. "Bayıl Arena"da baş tutan finalda "Neftçi"ni məğlub edərək qızıl medalları qazanan Əbdürrəhmanov idmançıların hazırlanmasında və yeniyetmələrin futbola cəlb olunmasında göstərdiyi səmərəli fəaliyyətə görə də fəxri ada layiq görülüb. 

 

Oxşar xəbərlər

2019-cu ildə yüksək nəticə qazanan idmançı və məşqçilər təltif edildi - FOTOLAR
Boks üzrə açıq birincilik başa çatdı
2018-ci ildə yüksək nəticə qazanmış idmançılar və məşqçilər mükafatlandırıldı - FOTOLAR
Təhsil Nazirliyi yüksək nəticə göstərən məşqçiləri və idmançıları mükafatlandırdı - FOTOLAR
“Vətən”in məşqçisi Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı - FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər