reklam
Rioda iki ölkənin paralimpiyaçıları qarət olunub
Sportfm.az xəbər saytı

Rioda iki ölkənin paralimpiyaçıları qarət olunub


2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın Rio-de-Janeyro şəhərində İspaniya yığmasının 3 üzvü qarət olunub. Sportfm.az "Marca"ya istinadən xəbər verir ki, hadisə Paralimpiya Kəndində baş verib. Naməlum kişilər özlərini otaq təmizləyənlər kimi təqdim edərək, idmançıların qaldıqları otaqlardan 350 dollar oğurlayıblar. Zərərçəkənlər polisə müraciət ediblər. Oğrular sonradan tapılsa da, üstlərindən pul çıxmayıb. Danimarka nümayəndə heyətinin də qarət olunduğu bildirilir. Onların otaqlarından texnika və hətta geyimlərin də oğurlandığı bildirilir.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7 - 18 sentyabrda keçiriləcək. Azərbaycan nümayəndə heyəti də bir neçə gündür Rio-de-Janeyrodadır.

Oxşar xəbərlər

Ceyhun Sultanovun evi qarət olundu - Film kimi oğurluq
Ermənistan millisinin baş məşqçisinin avtomobili qarət olundu
XV Yay Paralimpiya oyunlarının açılış mərasimi keçirilib
ŞOK: Rusiya yığması olimpiadaya buraxılmadı
Rio-de-Janeyro Olimpiadasının himni təqdim olunub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər