reklam
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verildi
Sportfm.az xəbər saytı

Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verildi


“ABU Arena”da həndbol üzrə Azərbaycan kuboku yarışları başlayıb. Yarışda 5 qadın, 4 kişi komandası qələbə uğrunda mübarizə aparır.

Sportfm.az xəbər verir ki, qadın həndbolçuların yarışının açılış matçında “Qarabağ” və “İdman Akademiyası” kollektivləri üz-üzə gəliblər. İmkanları daha yüksək qiymətləndirilən “Qarabağ” gözlənildiyi kimi görüşü qələbə ilə başa vurub – 37:25.

Kişi həndbolçuların yarışında isə ilk oyun günü iki qarşılaşma olub. U-16 – “Məhsul” görüşündə nominal meydan sahiblərinin uduzacağı şübhə doğurmurdu. Daha təcrübəli rəqibin həmlələrinə tab gətirə bilməyən yeniyetmə həndbolçular böyük hesablı məğlubiyyətlə barışıblar – 21:41.

Yarışın digər favoriti - “Bakı” da turnirə qələbə ilə başlayıb. Paytaxtın eyni adlı komandasının “Təhsil” kollektivi ilə görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb. İmkanlardan daha səmərəli faydalanan “Bakı” 40:30 hesabı ilə qalib gəlib.

Azərbaycan kubokunun yarımfinal və final görüşləri gələn ilin martında təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycan çempionatında fasilə başa çatdı
Həndbol üzrə XXVII ölkə çempionatına start verildi
Azərbaycan çempionatına yekun vuruldu
Həndbolçuların yarışlarında finalçılar müəyyənləşdi
Həndbol üzrə Azərbaycan kuboku turnirinə yekun vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər