reklam
Sportfm.az xəbər saytı

"Arsenal" - "Qarabağ" oyununda erməni təxribatı -FOTO


"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda "Arsenal"la qarşılaşıb və 0-1 hesabı ilə uduzub. 

Sportfm.az xəbər verir ki, matçın son dəqiqələrində xoşagəlməz hadisə baş verib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ"ın futbolçularının üzərinə qaçıb. Mühafizəçilər dərhal onu meydandan çıxarıb. UEFA-nın qaydalarına əsasən, azarkeş meydana daxil olursa, həmin an efirə verilmir. 

Matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov və Qara Qarayev tribunaya yaxınlaşaraq, Azərbaycan bayraqları götürüb, paltardəyişmə otağına kimi çiyinlərində bayraqla gediblər.

Oxşar xəbərlər

"Düdelanj" - "Qarabağ" matçında erməni təxribatı - FOTO
UEFA "Qarabağ"a görə "Arsenal"ı cərimələdi
"Arsenal"dan "Qarabağ"la oyundakı erməni təxribatı ilə bağlı - BƏYANAT
UEFA "Arsenal" - "Qarabağ" matçındakı olayla bağlı araşdırmalara başladı
Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər