UEFA "Qarabağ"a görə "Arsenal"ı cərimələdi
UEFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda bir sıra məsələlərə baxan qurum Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən "Arsenal" (İngiltərə) - "Qarabağ" matçında yaşananları da müzakirə edərək müvafiq qərar çıxarıb.
Dekabrın 14-də keçirilən və xoşagəlməz olaylarla yadda qalan qarşılaşma ilə bağlı işi bir neçə dəfə təxirə salan UEFA bu dəfə yekun qərarını verib. Londonda keçirilən oyunun gedişində əlində qondarma "Dağlıq Qarabağ Respublikası" bayrağı olan azarkeşin çıxması, həmçinin görüşün startının gecikməsi İngiltərə klubunun cəzalandırılması ilə nəticələnib. UEFA "Arsenal"a 15 min avro cərimə kəsib.
Qeyd edək ki, oyunda London klubu 1:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
UEFA təxribatla bağlı qərar verdi
"Düdelanj" - "Qarabağ" matçında erməni təxribatı - FOTO
UEFA "Qarabağ"ı cərimələdi
UEFA "Arsenal" - "Qarabağ" matçındakı olayla bağlı araşdırmalara başladı
"Arsenal" - "Qarabağ" oyununda erməni təxribatı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası