Müstəqil Dövlətlər Birliyinin ilk Oyunları keçiriləcək
Müstəqil Dövlətlər Birliyinin (MDB) ilk Oyunları keçirilə bilər.
Sportfm.az xəbər verir ki, belə bir təklifi Rusiyanın idman naziri Pavel Kolobkov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə irəli sürüb. Kolobkov I MDB Oyunlarının Rusiyanın Kazan şəhərində təşkil olunmasını təklif edib: “Biz 2020-ci ildə I MDB Oyunlarının Kazanda keçirilməsinin təşkilatçılığını üzərimizə götürməyə hazırıq. Əminəm ki, belə bir möhtəşəm idman tədbirinin birgə təşkili fərqli öləkələrdən olan insanların, mədəniyyətlərin və baxışların idmanda bir araya gəlməsini göstərmək baxımından əhəmiyyətli olacaq. Biz ilk MDB Oyunlarının təşkilatçısı kimi çıxış etməyə və bu yarışı Kazanda keçirməyə hazırıq”.
MDB 8 dekabr 1991-ci ildə təsis edilib. Təşkilatın həqiqi üzvləri Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Moldova, Tacikstan və Özbəkistandır.
Qeyd edək ki, 2015-ci ildə Bakıda I Avropa Oyunları keçirilib. II Avropa Oyunları isə 21 - 30 iyun 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil ediləcək.
Oxşar xəbərlər
Avropa Oyunları İstanbulda keçiriləcək
Nazir gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüfləndi
III Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edildi
Avropa Oyunlarında yeni idman növü - Muay tay
III Avropa Oyunlarına yeganə namizəd ölkə müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası