Nazir gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüfləndi
"Təəssüf ki, gimnastika 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramından çıxarıldı".
Sportfm.az xəbər verir ki, bunu gənclər və idman naziri, Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov EG-nin rəsmi saytındakı şəxsi bloqunda yazıb.
O, 2015-ci ildə Bakıda, 4 il sonra isə Belarusun paytaxtı Minskdə təşkil olunmuş analoji yarışda bu idman növü üzrə 6 hərəkətin proqrama salındığını xatırladıb: "Hamımız bilirik ki, gimnastika müxtəlif elementləri özündə birləşdirən ən populyar olimpiya idman növlərindən biridir. Ümid edirik ki, Avropa Olimpiya Komitələri və gələcək təşkilatçılar gimnastikanın daha orijinal və populyar olması üçün bu idman növünün Avropa Oyunlarının proqramına qaytarılması məsələsini nəzərdən keçirəcəklər".
Qeyd edək ki, III Avropa Oyunları gələn il 9 - 25 iyunda keçiriləcək.
Oxşar xəbərlər
III Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edildi
Avropa Oyunlarında daha iki idman növü
Avropa Oyunlarında yeni idman növü - Muay tay
İki idman növü proqrama daxil edildi - III Avropa Oyunları
III Avropa Oyunlarına 23 idman növü daxil edildi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası