Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Argentinanın Messi sevinci qısa çəkdi
Argentina millisi DÇ-2018-in seçmə mərhələsinin Venesuelaya qarşı səfər oyununda əsas hücumçusu Lionel Messinin xidmətindən istifadə edə bilməyəcək. Komanda.az xəbər verir ki, buna futbolçunun qasıq nahiyyəsində olan kiçik zədə səbəb olub. Bu barədə məlumatı yerli mətbuata millinin baş məşqçisi Edqardo Bausa verib. O, Messinin Venesuelayla səfər oyununda forma geyinməyəcəyini deyib: "Qasıq nahiyyəsində olan zədəyə görə Messiyə istirahət verməliyik. Həkim müayinəsindən sonra bu qərara gəldik. O, qarşıdakı oyunda bizə kömək edə bilməyəcək".
Xatırladaq ki, Amerika kubokunun finalında Çiliyə məğlubiyyətin ardından Messi milli karyerasını bitirdiyini açıqlamışdı. Ancaq sonradan baş məşqçi Bausa və komanda yoldaşlarının təkidiylə milliyə qayıdan Leo, DÇ-2018-in seçmə mərhələsinin Uruqvaya qarşı ev oyununda komandasına qələbə qazandıran qola imza atmışdı.
Venesuela - Argentina oyunu sentyabrın 7-də baş tutacaq.
Oxşar xəbərlər
Lionel Messi millinin oyununda zədələndi
Messi yeni rekorda imza atdı
Argentina mətbuatı Messini tənqid etdi
Messi yığmaya qayıtdı
Argentina prezidenti və Maradonadan Messiyə dəstək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası