reklam
Dünya və Avropa çempionu azərbaycanlı uşaqlarla futbol oynadı -
Sportfm.az xəbər saytı

Dünya və Avropa çempionu azərbaycanlı uşaqlarla futbol oynadı -FOTOLAR


Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində Bakıda səfərdə olan əfsanəvi fransalı yarımmüdafiəçi dünya və Avropa çempionu Rober Pires dekabrın 4-də təşkil olunan futbol festivalında iştirak edib.

Sportfm.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün təşkil olunan festivalda R.Pires AFFA-nın baş katibi Elxan Məmmədov, veteran futbolçu, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün səfiri Vəli Qasımov və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə ilə birlikdə uşaqların məşqini izləyiblər.

Bakı Olimpiya Stadionu ilə tanış olan fransalı veteran futbolçu uşaqlarla xatirə şəkilləri çəkdirib, onlara avtoqraf verib.

Oxşar xəbərlər

UEFA nümayəndələrinin səfəri davam edir - FOTO
Dünya və Avropa çempionu olan futbolçu Azərbaycana səfər edəcək
Final oyununun tərəfdaşları Bakıda səfərdə oldu - FOTO
UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər